AK Partiyadan Azərbaycana dəstək açıqlaması : Terror dövləti olan Ermənistan...

  • 23:44 - 27 Sentyabr

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Partiya) sədr müavini Həmzə Dağ Ermənistanın Azərbaycana qarşı hücumlarına sərt təpki göstərib. 

Avropa.info xəbər verir ki, Ermənistanı terror dövləti adlandıran Həmzə Dağ, Türkiyənin qardaş Azərbaycanı dəstəklədiyini deyib. 

"Dövlət deməyə dilimizin gəlmədiyi bir terror dövləti olan Ermənistan Azərbaycana hücum edir. Türkiyə qardaş Azərbaycanın yanındadır və tam şəkildə dəstəkləyir." 


Oxunma sayı: 2916

Oxşar yazılar