Ermənistan itkilərinin bir qismini açıqladı : 16 erməni hərbçisi məhv edildi, 100-dən çoxu yaralıdır

  • 22:40 - 27 Sentyabr

Azərbaycana hücum edən və əks hücumla ciddi şəkildə cəzalandırılan Ermənistan itkilərinin bir qisimini açıqlayıb.

Avropa.info xəbər verir ki, Ermənistan müdafiə nazirliyinin sözçüsü Şuşan Stepanyan sosial media hesabından etdiyi açıqlamada 16 erməni əsgərinin öldürüldüyünü, 100-dən çoxunun isə yaralandığını bildirib. 

"İlkin məlumatlara görə, Ermənistan tərəfindən 16 əsgər və zabit ölüb, 100-dən çox yaralı hərbçi var" - Şuşan Stepanyan belə deyib. 

Xatırladaq ki, bu gün səhər saatlarında Ermənistan ordusu işğal etdiyi torpaqlardan Azərbaycan ordusunun mövqelərinə və mülki yaşayış ərazilərinə alçaqcasına hücum həyata keçirib. Əks hücuma keçən Azərbaycan ordusu ermənilərin müdafiə xəttini yararaq 7 kəndi və strateji Murov yüksəkliyini işğaldan azad edib. 


Oxunma sayı: 3125

Oxşar yazılar