“Doğma kəndimin düşməndən azad edilməsini sözlə ifadə edə bilmirəm” – “Qarabağ”ın futbolçusu

  • 22:41 - 27 Sentyabr

“Bu gün həyatımın ən unudulmaz günüdür. Valideynlərimin, nəslimin doğma kəndinə qayıdacağı xəbəri mənim üçün çox önəmli bir hadisədir. Doğma kəndimin düşmənlərdən azad edilməsini sözlərlə ifadə edə bilmirəm”.

Avropa.info xəbər verir ki, bunu bu gün erməni işğalından azad edilən Füzuli rayonunun Kənd Horadiz kəndinin sakini, "Qarabağ" klubunun futbolçusu Qara Qarayev deyib.

"Həsrətində olduğum torpaqlara ayaq basacağım günü səbrsizliklə gözləyirəm. İnanıram ki, bu, son deyil. Tezliklə Qarabağda, Şuşada Azərbaycan bayrağı dalğalanacaq. Ordumuzla, xalqımızla qürur duyuram. Bu gün birlik, bərabərlik günüdür. Allah sizi qorusun, Azərbaycan əsgəri!",- deyə Qara Qarayev qeyd edib.


Oxunma sayı: 3048

Oxşar yazılar