“Ermənistan hərbi qüvvələrini işğal olunmuş ərazilərdən çıxarmalıdır” - Rusiyalı deputat

  • 20:44 - 27 Sentyabr

Son vaxtlar biz Ermənistanın rəsmi hakimiyyət orqanlarının elə hərəkətlərini müşahidə etmişik ki, bu hərəkətlər yalnız bir nəticəyə - dinc danışıqlar prosesinin pozulmasına və münaqişənin gərginləşməsinə gətirib çıxara bilib.

Avropa.info xəbər verir ki, bu barədə Dövlət Dumasının deputatı, Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Dmitri Savelyevin bəyanatında bildirilib.

“Rusiyanın mövqeyi belə olub və indi də belədir ki, Dağlıq Qarabağ münaqişəsinin həlli dinc yolla, danışıqlar vasitəsilə baş verməlidir. Lakin danışıqlara hər iki tərəf əzm göstərməlidir. Amma son vaxtlar biz Ermənistanın rəsmi hakimiyyət orqanlarının elə hərəkətlərini müşahidə etmişik ki, bu hərəkətlər yalnız bir nəticəyə - dinc danışıqlar prosesinin pozulmasına və münaqişənin gərginləşməsinə gətirib çıxara bilib. Nəticəni çox gözləmək lazım gəlmədi. Danışıqlar pozuldu. Dağlıq Qarabağla sərhəddə irimiqyaslı hərbi əməliyyatlar başlandı”, - deyə rusiyalı deputat qeyd edib.

D.Savelyev vurğulayıb ki, münaqişəni dayandırmağın yeganə üsulu məcburi köçkünləri Dağlıq Qarabağ torpağına qaytarmaq və referendum keçirməkdir. Həmin referendum da bu ərazinin Azərbaycanın tərkibində taleyini müəyyən edəcək: “Fikrimcə, münaqişənin dayandırılmasının yeganə üsulu Ermənistan tərəfindən qeyd-şərtsiz bütün hərbi qüvvələri işğal olunmuş ərazilərdən çıxarmaq və sülh prosesinə başlamaq – məcburi köçkünləri Dağlıq Qarabağ torpağına qaytarmaq və referendum keçirməkdir. Həmin referendum da bu ərazinin Azərbaycanın tərkibində taleyini müəyyən edəcək. Qan tökülməsi heç kimə lazım deyil, Qafqaz regionunda gərginlik heç kimə lazım deyil. Münaqişənin dinc yolla həllinə nail olmaq üçün beynəlxalq hüquq çərçivəsində görülən tədbirlər şübhəsiz ki, həm Rusiya, həm də dünya birliyi tərəfindən dəstəklənəcək”.


Oxunma sayı: 1827

Oxşar yazılar