Ukraynalı deputat: "Azərbaycanın işğal olunmuş torpaqları azad edilməlidir"

  • 19:50 - 27 Sentyabr

"Dağlıq Qarabağ münaqişəsi BMT-nin qətnamələri və beynəlxalq hüquq normaları əsasında həll olunmalı və Azərbaycanın işğal olunmuş torpaqları azad edilməlidir".

Bunu “Report”a Ukrayna Ali Radasının deputatı Vladimir Kreydenko bildirib.

Onun sözlərinə görə, istər bu ilin iyul ayında, istərsə də sentyabrın 27-də baş verən hərbi əməliyyatlar bir daha göstərdi ki, Azərbaycan erməni tərəfinin təxribatlarının qarşısını almağa tam hazırdır.

Deputat həmçinin bu yaxınlarda Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində qeyri-qanuni məskunlaşdırma aparıldığını xatırladaraq qeyd edib ki, bu beynəlxalq hüququn açıq-aşkar pozulmasıdır və Ermənistanın münaqişənin nizamlanmasına dair danışıqlara qəsdən zərbə vurur: “Bu addım Ermənistanın münaqişəni dinc yolla nizamlanmasında maraqlı olmadığını göstərdi”.


Oxunma sayı: 1684

Oxşar yazılar