Hərbi vəziyyət elan olunan yerlərdə icazələri bu qurumlar verəcək

  • 19:09 - 27 Sentyabr

Xəbər verdiyimiz kimi, Bakı, Gəncə, Sumqayıt, Abşeron, Beyləqan, Ağdam, Bərdə, Tərtər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax inzibati vahidlərində saat 21:00-dan 6:00-dək hərbi vəziyyət elan olunur və küçəyə çıxmaq qadağan olunur. 

Avropa.info xəbər verir ki, bu barədə Prezident köməkçisi Hikmət Hacıyev məlumat verib.

H.Hacıyev qeyd edib ki, sözügedən yerlərdə müvafiq icazələrin alınması ASAN xidmət və Daxili İşlər Nazirliyi vasitəsilə aparılacaq. 

İcazələr elektron icazə formatında həyata keçiriləcək.


Oxunma sayı: 5996

Oxşar yazılar