Paşinyan məğlubiyyətlərini etiraf etdi: “Vəziyyət gərgindir, itkilərimiz var”

  • 18:25 - 27 Sentyabr

Ermənistan baş naziri Nikol Paşinyan Qarabağdakı son vəziyyət barədə açıqlama verib.

Avropa.info modern.az-a istinadən xəbər verir ki, parlament də çıxış edən Paşinyan ölkədə səfərbərlik elan olunmasına ehtiyac yarandığını əlavə edib.

“Anlayıram ki, hamınız təfərrüatları bilmək istəyirsiniz. Təəssüf ki, hərbi itkilərimiz var. Səfərbərlik çərçivəsində öncəki mərhələdə ilk eşelonda xidmət edəcək şəxslər xidmətə çağırılır. 55 yaşa qədər hər kəs səfərbərliyə cəlb olunacaq”.

Paşinyan Azərbaycan Ordusunun əks-hücum əməliyyatları zamanı verdiyi canlı qüvvə itkilərinin miqyası barədə danışmaq istəməyib.


Oxunma sayı: 3499

Oxşar yazılar