BMT-nin Ali Komissarı təmas xəttində baş verənlərdən danışdı

  • 18:21 - 27 Sentyabr

BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Filippo Qrandi Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində baş verənlərin mülki əhaliyə təsir etdiyini qeyd edib.

Avropa.info-nun xəbərinə görə, bu barədə F. Qrandi “Twitter”də bildirib.

“Ermənistan və Azərbaycanın de-eskalasiya çağırışlarını dinləməsi çox vacibdir. Yenidən başlayan döyüşlər ilk qarşıdurmadan 28 il sonra mülki əhaliyə yenidən təsir edir və köçkünlər də daxil olmaqla, hər kəs üçün həll yollarını çox çətinləşdirir”, - Ali Komissar vurğulayıb.


Oxunma sayı: 2069

Oxşar yazılar