NATO: Dinc əhali arasında itkilərə səbəb olan döyüş əməliyyatları dərhal dayandırılmalıdır

  • 17:46 - 27 Sentyabr

NATO Dağlıq Qarabağ regionunda vəziyyətin gərginləşməsi ilə bağlı bəyanat yayıb.

APA-nın məlumatına görə, təmas xəttində genişmiqyaslı hərbi əməliyyatlar barədə məlumatlar NATO-nun dərin narahatlığına səbəb olub.

“Münaqişə tərəfləri dinc əhali arasında itkilərə səbəb olan döyüş əməliyyatlarını dərhal dayandırmalıdır. Bu münaqişənin hərbi həlli yoxdur. Tərəflər sülh nizamlanması ilə bağlı danışıqları bərpa etməlidirlər. NATO ATƏT-in Minsk Qrupunun səylərini dəstəkləyir”, - deyə bəyanatda vurğulanıb.


Oxunma sayı: 2938

Oxşar yazılar