ATƏT sədri Dağlıq Qarabağda tərəfləri atəşkəsə çağırdı

  • 17:36 - 27 Sentyabr

ATƏT sədri, Albaniyanın Xarici İşlər və Baş naziri Edi Rama tərəfləri Dağlıq Qarabağdakı münaqişənin dərhal deeskalasiyasına və atəşkəs rejiminə qayıtmağa çağırıb.

TASS bu barədə qurumun rəsmi saytında dərc olunan açıqlamaya istinadla xəbər yayıb.

“Münaqişə nəticəsində ölənlərin sayı daha da artmadan bütün iştirakçıları dərhal atəşkəs rejiminə qayıtmağa çağırıram”, - deyə E.Rama bildirib.

O qeyd edib ki, şəxsi təmsilçisi Anjey Kaspşik bütün münaqişə tərəflərinin nümayəndələri ilə təmasdadır.

E.Rama həmçinin, vəziyyətin sülh yolu ilə həllinə alternativin olmadığını da vurğulayıb və danışıqların bərpası üçün kömək göstərməyə hazır olduğunu bildirib.


Oxunma sayı: 2872

Oxşar yazılar