Son dəqiqə: Milli Məclis hərbi vəziyyət elan edilməsi ilə bağlı qərar qəbul etdi- Yenilənib

  • 17:52 - 27 Sentyabr

Bu gecədən etibarən Azərbaycanın bəzi şəhər və rayonlarında (Bakı, Gəncə, Göygöl, Mingəçevir, Yevlax və s) hərbi vəziyyətlə əlaqədar komendant saatı tətbiq olunacaq.

Avropa.info xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında müzakirəyə çıxarılıb.

Müzakirələrdən sonra hərbi vəziyyətin tətbiq edilməsi barədə qərar qəbul edilib.

Xatırladaq ki, Konstitusiyanın 111-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikası ərazisinin müəyyən hissəsi faktiki işğal olunduqda, xarici dövlət və ya dövlətlər Azərbaycan Respublikasına müharibə elan etdikdə, Azərbaycan Respublikasına qarşı real silahlı hücum təhlükəsi yarandıqda, Azərbaycan Respublikasının ərazisi blokadaya alındıqda, habelə blokada üçün real təhlükə olduqda Azərbaycan Respublikasının bütün ərazisində və ayrı-ayrı yerlərində hərbi vəziyyət elan edir və bu barədə qəbul etdiyi fərmanı 24 saat müddətində Azərbaycan Respublikası Milli Məclisinin təsdiqinə verir.

***

17:44

Milli Məclisin bu gün çağırılan təcili iclasında ölkədə hərbi vəziyyətin elan edilməsi məsələsi müzakirə olunur.

Avropa.info-nun məlumatına görə, müzakirələrin sonunda müvafiq qərar qəbul olunacaq.

***

16:11

Azərbaycan Milli Məclisinin növbədənkənar iclası keçirilir.

"Report"un xəbərinə görə, iclasa rəhbərliyi Milli Məclisin Sədri Sahibə Qafarova edir.

İclasda bu gün cəbhə xəttində Ermənistanın Azərbaycana qarşı hərbi təxribatı nəticəsində baş verən hadisələr müzakirə olunur.


Oxunma sayı: 5743

Oxşar yazılar