Son dəqiqə : Ərdoğandan Azərbaycana dəstək mesajı : "Erməniləri kukla kimi istifadə edənlər..." (FOTO)

  • 15:24 - 27 Sentyabr

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan təcavüzkar Ermənistanın Azərbaycana hücum etməsini pisləyib. 

Avropa.info xəbər verir ki, Ərdoğan tvitterdən etdiyi açıqlamada Ermənistanı sülhün qarşısında ən böyük təhdid adlandırıb. Türkiyə prezidenti, ölkəsinin bütün qərarlığı ilə Azərbaycanın yanında olduğunu deyib. 
 

"Erməni xalqını, özlərini fəlakətlərə sürükləyən hakimiyyətlərinə və onlardan kukla kimi istifadə edənlərə qarşı gedərək, gələcəklərini müəyyənləşdirməyə çağırırıq. Bütün dünyanı işğala və zülmə qarşı verdiyi mücadilədə Azərbaycanın yanında olmağa dəvət edirik." 

Ərdoğanın tvitterdə paylaşdığı mesajları təqdim edirik:


 


Oxunma sayı: 13608

Oxşar yazılar