30 il işğalda qalan torpağımız azad edilir - Millət vəkili

  • 14:18 - 27 Sentyabr

Bu gün səhər saatlarında Ermənistan silahlı qüvvələri Azərbaycana qarşı hücuma keçmiş və yeni ərazilərimizi işğal etmək məqsədilə hərbi obyektləri və mülki əhalini hədəfə almışdır. Azərbaycan ordusu düşmənə ağır zərbələr vurararaq onu geri oturtmuş və bütün cəhbə boyu əks-hücuma keçmişdir. Daxil olan məlumatlara görə düşmən ordusu ciddi itki verərək geri çəkilir. Azərbaycanın qəhrəman əsgərləri tərəfindən 30 il işğalda qalmış kənd və qəsəbələrimiz düşmən tapdağından azad edilir.

Axar.az xəbər verir ki, bunu millət vəkili, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev bildirib:

"Dövlətimiz, xalqımız və Ordumuz üçün torpaqlarımızı tam olaraq işğaldan azad etməkdən ötrü tarixi şans yaranıb.

Odur ki, ictimai təşkilatlardan, siyasi partiyalardan, mətbuatdan və bütövlükdə xalqımızadan asılı olan nədirsə, onu etməli və tarixi fürsəti qaçırmayaraq, uzun müddət arzu etdimiz Qarabağın və ətraf rayonların işğaldan azad olunmasına nail olmalıyıq.

Bunun üçün:

1) Ali Baş Komandan və Ordumuzun ətrafında daha sıx və yumruq kimi birləşməliyik;

2) Xalq, millət və cəmiyyət olaraq hazırkı məsuliyyətli və tarixi dönəmdə Vətən naminə həmrəy olmalı, "Hər şey cəbhə üçün, hər şey vətən üçün" devizi ilə yaşamalıyıq. Ayıq-sayıq olmalı və bütün sahələrdə düşmənin çeşidli təxribatlarını və panika yaymaq istəklərini vaxtında müəyyən edib qarşısını almalıyıq;

3) Cəbhəyanı rayonlarda yaşayan əhalimiz daha diqqətli olmalı və rəsmi məlumatlardan başqa heç bir xəbər və məlumatlara inanmamalıdır;

4) Ehtiyac olduğu təqdirdə hər birimiz yaşımızdan və tutuduğumuz vəzifədən asılı olamyaraq cəbhəyə getməyə, topaqlarımızın işğaldan azad olunması uğrunda vuruşmağa hazır olmalıyıq.

Bizim işimiz haqq işidir, Vətən uğrunda apardığımız mücadilədir!

Bu müqəddəs savaşda biz mütləq qalib gələcəyik!

Torpaqlarımızı tam olaraq işğaldan azad edəcəyik!

Allah Ordumuzu qorusun və müzəffər etsin!"


Oxunma sayı: 2982

Oxşar yazılar