Bütün imkanlarımızla Azərbaycan türkləri olan qardaşlarımızın yanındayıq - Hulusi Akar

  • 13:47 - 27 Sentyabr

"Qafqazda barış və sülhün ən böyük əngəli Ermənistanın təcavüzkar mövqeyidir."

Avropa.info xəbər verir ki, bunu Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar deyib. Akar, Türkiyənin sona qədər Azərbaycanın yanında olacağını bildirib.

"Ermənistan bölgəni atəşə atacaq bu hücumlardan vaz keçməlidir. Ərazi bütövlüyünü qoruma mücadiləsində bütün imkanlarımızla sonuna qədər Azərbaycan türkləri olan qardaşlarımızın yanında olacağıq. Ermənistanın bu alçaq hücumunu şiddətlə qınayırıq."


Oxunma sayı: 4544

Oxşar yazılar