Samvel Babayan erməni ordusunun 23 zabit və əsgərinin məhv edildiyini, bəzi döyüş mövqelərini əldən verdiyini təsdiqlədi

  • 13:26 - 27 Sentyabr

Qarabağdakı qondarma rejimin “təhlükəsizlik şurasının katibi”, ermənilərin keçmiş səhra komandiri  Samvel Babayan bildirib ki, Ermənistan ordusu Azərbaycan qoşunlarının hücumu nəticəsində 23 əsgər və zabitini itirib.

S.Babayan hərbi texnikanın və istehkam qurğularının məhv edilməsi barədə danışmayıb.

Babayan təsdiq edib ki, erməni tərəfi “dörd-beş döyüş mövqeyini” də itirib.

Xatırladaq ki, bu gün səhər Azərbaycan ordusu Ermənistanın hərbi birləşmələrinin artilleriya atəşlərinə cavab olaraq əks-hücuma keçiblər. Müdafiə Nazirliyinin yaydığı son məlumatlara görə, cəbəhəboyu döyüşlər şiddətli və uğurlu şəkildə davam edir.   


Oxunma sayı: 11045

Oxşar yazılar