Ermənilər Qarabağda türk jurnalisti atəşə tutdu

  • 13:23 - 27 Sentyabr

Bu gün səhər Anadolu agentliyi və TRT telekanalının müxbirləri Ermənistanın Azərbaycandakı dinc kəndlərə qarşı təxribatı barədə təfərrüatları öyrənmək üçün cəbhə bölgəsindəki yaşayış məntəqələrinə yollanıblar.

Anadolu Agentliyinin verdiyi xəbərə görə, Qapanlı kəndi ərazisində atışma zamanı erməni bölmələri minaatanlardan atəş açıb.

Mərmilərdən biri müxbirin avtomobilinin yaxınlığında partlayıb. Bundan sonra jurnalistlər atışma yerindən uzaqlaşıblar.


Oxunma sayı: 6260

Oxşar yazılar