Ermənistanın müdafiə naziri ölkədən qaçıb?

  • 11:45 - 27 Sentyabr

Qarabağda şiddətli döyüş əməliyyatlarının başladığı, Azərbaycan ordusunun bütün cəbhə boyu güclü əks hücuma keçdiyi bir vaxtda Ermənistanın müdafiə naziri Tavid Tonoyan ölkədə yoxdur.

Erməni sosial şəbəkələrində onun ölkədən qaçdığı haqda danışırlar. Bir gün əvvəl Tonoyan “Qafqaz 2020” təlimlərinin yekun mərhələsini izləmək üçün Rusiyaya getmişdi.

Xəbərlərə görə, erməni nazir oradan Bolqarıstana səfərə yollanıb və beləliklə də Ermənistan Müdafiə Nazirliyi rəhbərsiz qalıb.

Virtualaz.org


Oxunma sayı: 14037

Oxşar yazılar