Sumqayıtda yanğın olub, 1 nəfər tüstüdən zəhərlənib

  • 10:23 - 27 Sentyabr

Sumqayıt şəhərində yanğın hadisəsi baş verib.

Bu barədə Avropa.info Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, ümumi sahəsi 120 m² olan birmərtəbəli evin yanar konstruksiyaları və dam örtüyü 45 m² sahədə yanıb. Yanğın zamanı 1 nəfər yanğınsöndürənlər tərəfindən xilas edilib və tüstüdən zəhərlənmə diaqnozu ilə Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkim briqadasına təhvil verilib.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


 


Oxunma sayı: 2146

Oxşar yazılar