İsrailin keçmiş Müdafiə nazirinin Misirin tarixi əsərlərini oğurlayarkən çəkilmiş FOTOLARI üzə çıxdı

  • 00:47 - 27 Sentyabr

İsrailin keçmiş Müdafiə naziri Moşe Dayanın 1969-cı ildə Sina yarımadasında Misirə aid tarixi əsərləri oğurlayarkən çəkilmiş şəkilləri yayılıb. 
 

Avropa.info xəbər verir ki, İsrailin "Maariv" qəzetinin yaydığı xəbərdə 1967-1974-cü illərdə ölkənin Müdafiə naziri olan Moşe Dayanın Misirin Sina yarmadasındakı  Serabit əl-Hadim bölgəsindəki tarixi əsərləri oğurladığı bildirilib. Qəzet, keçmiş nazirin tarixi əsərləri oğurladığının fotolarını da yayıb. 

Fotoların Dayanın tarixi əsərləri oğurlamasının subutu olduğu qeyd edilən xəbərdə, Misirin arxeloji bölgəsinin İsrail əsgərləri tərəfindən yağmalandığı bildirilir. 



"Maariv"də jurnalist olaraq çalışan İdo Dissentchik həmin dövrdə əsgər olduğunu və hadisələrə şahidlik etdiyini deyib.  

Bir gün özünün və digər əsgərlərin bölgədə olan Müdafiə naziri Dayanı qorumaq üçün Misirin Sarabit əl-Server bögəsinə getmə əmri aldıqlarını bildirən Dissentchik, "bizi maşınlarla əraziyə apardılar və getdiyimiz yerdə Dayanın helikopterini gördük. Dayan, mühafizə olunması üçün əsgər gözləmirdi. Bəlkə də gəldiyimizdən belə xəbəri yox idi. Dayanın yanındakılar çantalarda tarixi əsərləri helikopterlərə daşıyırdılar. Sonra da həmin tarixi əsərləri helikopterlə bölgədən apardılar" deyib.

Avropa.info

Eski İsrail Savunma Bakanı Dayan'ın Mısır'dan tarihi eser çalarken çekilen fotoğrafı ortaya çıktı!

Oxunma sayı: 16204

Oxşar yazılar