Kanada da Lukaşenkonu prezident kimi tanımadı

  • 23:57 - 26 Sentyabr

Kanada avqustun 9-da Belarusda keçirilən prezident seçkilərindən sonra Aleksandr Lukaşnenkonun legitimliyini tanımaqdan imtina edən ölkələrin sırasına qoşulub.

“Reuters”in məlumatına görə, Kanadanın Xarici İşlər naziri Fransua Flipp Şampanın rəsmi açıqlamasında belə deyilir.

Bundan başqa, agentlik yazır ki, Kanada, ABŞ və İngiltərə Belarusa qarşı sanksiyalar hazırlayırlar. Həmin sanksiyalar gələn cümədən tətbiq oluna bilər.

Virtualaz.org xatırladır ki, daha əvvəl ABŞ, Almaniya, Slovakiya, Çexiya, Danimarka, Niderland, Polşa, Ukrayna və s. dövlətlər A.Lukaşenkonun qanuni olaraq prezident seçilmədiyini elan etmişdilər.


Oxunma sayı: 1431

Oxşar yazılar