Türkiyədə bir gündə 71 nəfər koronavirusdan ölüb

  • 23:45 - 26 Sentyabr

Türkiyədə son sutka ərzində koronavirusdan 71 nəfər ölüb. 

Bu barədə Türkiyənin covid19.saglik.gov.tr saytı məlumat yayıb.  

Qeyd  olunub ki, son 24 saatda 102 009  şübhəli koronavirus testindən keçib, onlardan 1511-nin cavabı pozitiv çıxıb, 1232 xəstə isə sağalaraq evə buraxılıb.  



Ağır xəstə sayı isə 1531 nəfərdir.   

Türkiyədə ümumilikdə 312  966 nəfər yeni növ koronavirus infeksiyasına yoluxub, indiyədək onlardan 274 514 nəfər sağalıb, 7929 nəfər ölüb.


Oxunma sayı: 2443

Oxşar yazılar