Goranboyda yol qəzası olub, ölən var

  • 18:20 - 26 Sentyabr

Goranboy rayonunda ölümlə nəticələnən yol qəzası baş verib. 

"Report"un məlumatına görə, hadisə Balakürd kəndi ərazisində qeydə alınıb.

Belə ki, "Moskviç" markalı minik avtomobili "KamAZ" markalı yük maşını toqquşub. Qəza nəticəsində minik avtomobilinin sürücüsü, 1961-ci il təvəllüdlü Fariz Cəmil oğlu Nəbiyev hadisə yerində dünyasını dəyişib. 

Faktla bağlı araşdırma aparılır.


Oxunma sayı: 3180

Oxşar yazılar