Azərbaycan Ordusu “Msta-S” özüyeriyən haubitsalardan döyüş atışları həyata keçirib - VİDEO

  • 15:40 - 26 Sentyabr

Azərbaycan Ordusunun Raket və Artilleriya Qoşunlarının “Msta-S” özüyeriyən haubitsa heyətləri ilə döyüş hazırlığı məşğələləri keçirilir.
Müdafiə Nazirliyində Avropa.info-ya verilən məlumata görə, həyacan siqnalı ilə qaldırılan heyətlər atəş mövqelərinin dəyişilməsi və şərti döyüş zamanı düşmən hədəflərinin koordinatlarının təyin edilməsi suallarını məşq ediblər.
Döyüş atışları icra edən heyətlər şərti düşmənin müxtəlif məsafələrdə yerləşən hərbi texnikası və mühəndis fortifikasiya qurğularını məhv ediblər.

1 / 5


 


Oxunma sayı: 2828

Oxşar yazılar