Lindsi Snelldən Azərbaycana qarşı daha bir diversiya - Bu dəfə"Azərbaycandakı ərəb muzdluların səs yazısını" yaydı

  • 15:07 - 26 Sentyabr

ABŞ-ın Florida ştatından olan və bir müddət İstanbulda yaşayan muzdlu jurnalist Lindsi Snell özünün Twitter bloqunda Azərbaycana qarşı daha bir informasiya diversiyasına əl atıb. Bundan əvvəl Suriyanın şimalından “Həmzə” diviziyasının muzdlularının “Türkiyə üzərindən Azərbaycana daşındığı” barədə ermənilərin geniş tirajladığı dezinformasiyanın mənbəyi olan Lindsi Snell bu dəfə daha da irəli gedib.

Virtualaz.org xəbər verir ki, Suriyanın şimalında frilanser kimi fəaliyyət göstərən Lindsi Snell “Azərbaycan göndərilmiş muzdlulardan birinin” səs yazısını yayıb.

Xatırladaq ki, lindsi Snell 2016-cı ildə Suriyanın şimalında “Əl-Qaidə”çilər tərəfindən oğurlanıb. İki ay hansısa zirzəmidə qaldıqdan sonra qeyri-leqal yolla Türkiyəyə keçərkən casus olub-olmadığını araşdırmaq üçün saxlanılıb.

Həmin səs yazısında iddia edilir ki, muzdlulara əvvəlcə Türkiyənin Ermənistanla sərhədindəki hansısa bazada yerləşdiriləcəklərini deyiblər. Amma sonda onları “Azərbaycanla Ermənistan sərhədindəki hansısa mövqelərə atıblar”. Və burada onlar indi Azərbaycan qoşunları ilə təklikdə qalıblar.

Həmin “suriyalı muzdlu” bildirir ki, onlar Azərbaycanda şiələrin yaşadığını öyrəniblər və indi şiələrin tərəfində döyüşmək istəmirlər. Daha sonra həmin “muzdlu” iddia edir ki, onları bölgəyə yerləşdirəndən bəri müntəzəm olaraq atışmalar baş verir. Belə atışmalardan birində,  “4-5 saat ərzində onların 40 nəfərlik dəstəsindən 30-u ölüb, qalanları yaralanıb”.

Bu dezinformasiyanı özünün Türkiyə əleyhinə mövqeyi ilə  bilinən amerikalı muzdlu jurnalistə ötürənlər ilk baxışdan pis işləməyiblər-axı ortada “sübut”, yəni səs yazısı var. Və həmin səs yazısını göndərən muzdlu Azərbaycanda olduqlarını, hətta Ermənistan ordusu ilə döyüşə girib  ciddi itki verdiklərini deyir.

Lakin bu informasiya diversantları primitiv səhvlərə də yol veriblər. Əvvəla Azərbaycan əhalisinin əksəriyyətinin şiələr olduğunu radikal dini ideyalar uğrunda döyüşən suriyalı muzdlular arasında bilməyən yoxdur. Amma həmin “muzdlu” bundan guya indi xəbər tutub və sünnü olduğu üçün şiələrlə bir arada döyüşməkdən məmnun deyil.

Digər primitv səhv budur ki, Azərbaycan-Ermənistan sərhədində və ümumiyyətlə, təmas xəttində son vaxtlar tərəflərdən birinin “30-dan çox itki verdiyi” ağır döyüşlər baş verməyib. Belə döyüşlərin baş verməsi və gizlədilməsi sadəcə olaraq mümkün deyil. Digər tərəfdən cəmi 4-5 saata  bütünlüklə sıradan çıxan muzdlular kimə gərəkdir ki? Kim belə fərsiz muzdluları cəlb edib onlara pul ödəyər? Ən azından Azərbaycan ordusunun belə muzdlulara ehtiyac duymadığı  dəqiqdir.

Maraqlıdır ki, Lindsi Snellin dezinformasiyanı ilk dəfə tirajlayan Rusiyada “Kremlin aşbazı” kimi tanınan və “Vagner” özəl hərbi şirkətinin sponsoru olan oliqarx Yevgeni Priqojinə bağlı “Federal Xəbər Agentliyi”  dir (riafan.ru). Və bir sıra  rusdilli telegram-kanallar da həmin dezinformasiyanı tirajlayır.

Bundan əvvəl isə həmin mənbə guya yaralanıb hospitala düşən hansısa muzdlunun videosunu təqdim edib. Həmin muzdlu suriyalı döyüşçüləri “Azərbaycana getməməyə” çağırır. Başqa sözlə, Azərbaycana qarşı “muzdlu terrorçular” mövzusunda informasiya məkanında davam etməkdə olan diversiyalar çoxşaxəlidir və ermənilərin bu işdə peşəkar müttəfiqlərinin izi görünür...

Virtualaz.org


Oxunma sayı: 4082

Oxşar yazılar