Ermənilərin "Suriyadan silahlılar gətirilib" yalanına İranın "nüfuz agentlərindən" dəstək - Terrorçu Tohid İbrahimbəyli tərəfdarlarını ermənilərlə vuruşmamağa çağırır

  • 14:32 - 26 Sentyabr

İki gün öncə erməni, rus və PKK terror təşkilatına aid bəzi media quruluşları guya Türkiyə dəstəkli müxalif Suriya Milli Ordusundan bir neçə taborun Azərbaycana gətirilməsi ilə bağlı saxta məlumatlar yaydı. Yayılan dezinformasiyalar ən qısa müddətdə faktlarla təkzib olundu. 

Təbii ki, Ermənistan və Rusiya mətbuatının yaydığı bu saxta xəbərlər, PKK terrorçularının ermənilərə yardım etmək üçün Qarabağa gətirilməsi faktını ört basdır etmək üçün planlaşdırılmışdı. Lakin, bu məkrli plan baş tutmadı. Artıq bütün dünya mediası Suriya və İraqdakı PKK terrorçularının İran üzərindən Qarabağa gətirilməsi faktından yazır. 

Avropa.info xəbər verir ki, rus, erməni və PKK mediasının dezinformasiya yaymasından dəqiqələr sonra, Azərbaycana qarşı İran SEPAH-ının "azərbaycanlı" agentləri dövriyyəyə girdi. İlk olaraq 2018-ci ildə Gəncədə törədilən terror aktının təşkilatçısı və hazırda İranın Qum şəhərində gizlənmiş Tohid İbrahimbəyli sosial şəbəkələrdə rus, erməni mediasının yalanlarını təkrar edərək, Azərbaycanla Türkiyə əleyhinə hədyanlar səsləndirdi. Ardınca isə İranyönümlü bəzi facebook səhifələri guya Azərbaycana Suriyadan silahlıların gətirilməsi haqda yalanları tirajladılar. 

Kimdir bu Tohid İbrahimbəyli? 

2018-ci ildə Gəncə olayları zamanı Tohid İbrahimbəyli haqda Azərbaycan mediasında dərc olunmuş yazılara diqqət yetirəkən məlum olur ki,  bu adam 2015-2016-cı illərdə Qum və Məşhəd şəhərlərindəki mədrəsələrdə oxuyan 14 azərbaycanlı gənci başına yığaraq terror təşkilatı qurub. 

Cavid ⛧ on Twitter:

Tohid İbrahimbəyli SEPAH-ın öldürülmüş komandiri Qasım Süleymani ilə

T. İbrahimbəyli həmin 14 tələbəni əvvəlcə Qum şəhərində  İsgəndər Hüseynovun iş yerində ("Nur" Tərcümə Müəssisəsi) toplayıb, 1 gün gözlədikdən və təlimatlandırdıqdan sonra İranın siyasi maraqları uğrunda vuruşmaq üçün Suriyanın paytaxtı Dəməşq şəhəri yaxınlığında yerləşən hərbi hissəyə aparıb. Dəməşq şəhərində olarkən T. İbrahimbəyli onları təkcə Suriyada deyil, Azərbaycanda silahlı münaqişəyə hazırlamaq niyyətində olduqlarını bildirib. 25 günlük təlimdən sonra onlar 4-5 nəfərlik qruplara ayrılıb, T. İbrahimbəyli bu qruplardan biri ilə Suriyanın Tedemor şəhərinə gedib. Həmin şəhərdə 20 gün qaldıqdan sonra T. İbrahimbəlyinin olduğu qrup Məşhəd şəhərinə qayıdıb. Bir müddətdən sonra T. İbrahimbəylinin təklifi ilə hərbi təlim keçmək üçün həmin qrup yenidən Suriyaya gedib. Həmin tələbələrdən biri olan Elmir Zahidov 10 gündən sonra hərbi təlimdən imtina edərək Məşhəd şəhərinə geri qayıdıb. E. Zahidov həmin təlimdən imtina etdiyinə görə təhsil aldığı Xoi mədrəsəsinin rəhbərliyi tərəfindən sıxışdırılıb və T. İbrahimbəyli tərəfindən təhqir edilib. E. Zahidov 2018-ci ilin iyun ayında təhsilini yarımçıq qoyaraq Azərbaycana qayıdıb. Digər tələbələr isə Suriyada hərbi təlimdə iştirak ediblər.

2018-ci ildə Gəncənin icra başçısı Elmar Vəliyevə sui-qəsd edən Yunis Səfərovla bağlı məlumatın araşdırılması zamanı məlum olmuşdu ki, bır sıra Azərbaycan vətəndaşları 2013-2016-cı illər ərzində Tohid İbrahimbəyli tərəfindən İranın Qum şəhərində toplanaraq maddi maraq qarşılığında qanunsuz silahlı birləşmələrin tərkibində döyüşlərdə iştirak etmək üçün Suriya ərazisinə göndərilib. İstintaq zamanı Göyüşov Taleh Həsən oğlu və Tohid İbrahimbəylinin yaxın qohumları İbrahimli Həbib Əkbər oğlu, Musayev Pərviz Əlimusa oğlu, Ziyadov Elmir Savadxan oğlunun Yunis Səfərovla birgə İran İslam Respublikasının Qum şəhərində Tohid İbrahimbəyli tərəfindən təşkil edilmiş gizli toplantıda və Suriya ərazisində qanunsuz silahlı birləşmələr tərkibində döyüşlərdə iştirak etdikləri müəyyən edilib. Həmçinin müəyyən olunub ki, Taleh Göyüşov bu ilin 10 iyul tarixində Gəncədə polis əməkdaşlarına soyuq silahla hücum edilməsi ilə müşayiət olunan qanunsuz aksiyanın fəal iştirakçısı olub. Qeyd edilən şəxslər Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb və cinayət məsuliyyətinə cəlb olunublar.

Sonrakı dövrlərdə T. İbrahimbəyli mütəmadi olaraq Azərbaycan dövlətçiliyi əleyhinə xain çağırışlar edib. 

Qayıdaq erməni və rus mediasının "Suriyadan silahlılar gətirilib" yalanının Tohid İbrahimli və digər satqınlar tərəfindən tirajlanmasına. Tohid İbrahimlinin yaydığı öz çıxışa oxşar sayıqlanmasından açıq aydın görünür ki, adam 1845-ci ildə Ernst Von Fektersleben tərəfindən dəlilik və maniya sözlərinə alternativ olaraq istifadə edilən psixozdan əziyyət çəkir. Rabitəsiz, ağzı köpüklənə-köpüklənə bağıran bu adam xəyali Sasani imperializminin bərpasını istəyən psixopatların onun qulağına üfürdüklərini söyləyir. Ona öyrədilən "düşmən hədəflər" də bəllidir. Azərbaycanı və ölkə rəhbərliyini, Türkiyə və prezident Rəcəb Tayyib Ərdoğanı, keçmiş Osmanlı dövlətini ittiham edir. Ermənilərin səflərinə qoşularaq Azərbaycanı "terrorçu ixracında" suçlayır. PKK terrorçularının Qarabağa gətirilməsi haqda isə bir kəlmə də danışmır. Həddini aşaraq və xüsusi həyasızlıqla Qarabağda müharibə başlayacağı təqdirdə, tərəfdarlarını ermənilərə qarşı savaşa getməməyə çağırır. Bu zavallıya görə, Qarabağda müharibə əmrini Azərbaycanın Ali Baş Komandanı deyil, İrandakı hansısa molla verməli imiş. 

Tohid İbrahimbəylinin ardınca, İranda yaşayan Orxan Məmmədov adlı daha bir xain eyni firləri söyləyib. Lakin sevindirici haldır ki, dəyərli həmvətənlərimiz sosial mediada bu vətəni olmayan zavallıların layiqli cavablarını veriblər. 

Muslih TV - Gəncə təxribatçılarından biri trol Orxan... | Facebook

Tohid İbrahimbəyli və Orxan Məmmədov

Bütün bunlardan sonra, dəyərli oxucumuz desin. Öz ölkəsinə qarşı düşmənlə eyni səngərdən çıxış edən, dövlətini suçlayan bu vətənsizlərə vətən xaini deməyək, nə deyək? 

Avropa.info


Oxunma sayı: 20890

Oxşar yazılar