İmişli və Tərtər sakinlərindən odlu silahlar götürülüb

  • 14:15 - 26 Sentyabr

İmişli və Tərtər  sakinlərindən sənədləri olmayan ov tüfəngləri götürülüb. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən

Avropa.info-ya verilən məlumata görə, Laçın Rayon Polis Şöbəsindən əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində İmişli rayon sakinləri B.Qanbayevdən və A.İsmayılovdan 2 ədəd müvafiq sənədləri olmayan “İJ-16” markalı ov tüfəngləri götürülüb. 

Eyni zamanda Tərtər Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən də  keçirilən əməliyyat tədbirləri nəticəsində Rəcəbəyli kənd sakini R.Şirinovun yaşadığı evə baxış zamanı oradan müvafiq sənədləri olmayan “TOZ-16” markalı ov tüfəngi aşkar edilərək götürülüb. 


Oxunma sayı: 2773

Oxşar yazılar