Karantin qaydalarını pozan restoran işçisi və müştərilər cərimələndi

  • 12:46 - 26 Sentyabr

Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən rayon ərazisində xüsusi karantin rejimi qaydalarına əməl etməyən, müəyyən olunan vaxtdan kənar, sanitar-epidemioloji normaların pozulması ilə müşayiət olunan restoran aşkar edilib.

Daxili İşlər Nazirliyindən Avropa.info-ya verilən məlumata görə, Ş.Kamilov küçəsində yerləşən “Olympus PUB" restoranında sanitar-epidemioloji qaydaları pozan 3 işçi və 5 müştəri barəsində İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə protokollar tərtib olunub.

Sahibkarlıq obyektinin rəhbəri, xidmət personalı və müştəriləri karantin rejimi qayda və tələbləri barədə məlumatlandırılıb.


Oxunma sayı: 3906

Oxşar yazılar