Ərdoğanın müavini koronovirusa yoluxdu

  • 12:24 - 26 Sentyabr

Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AKP) sədr müavini Cevdet Yılmaza Kovid-19 diaqnozu qoyulub. 

Avropa.info xəbər verir ki, Yılmaz bur barədə "Twitter" səhifəsində yazıb:

"Son həftə ərzində analizim dörd dəfə mənfi çıxdı. Son üç gündür qızdırmamın artması səbəbi ilə xəstəxanaya getdim. Son dəfə ağciyər tomoqrafiyam çəkildi və Kovid-19 diaqnozu qoyuldu. Müalicəmi evdə davam etdirəcəm. Özüm və bütün xəstələr üçün dualarınızı gözləyirəm".


Oxunma sayı: 5193

Oxşar yazılar