Tramp Ku Kluks Klan və Antifanı terror təşkilatı elan edəcək

  • 10:32 - 26 Sentyabr

ABŞ prezidenti Donald Tramp qaradərili amerikalılara dair açıqlayacağı yeni plan çərçivəsində ağ irqin üstünlüyünü müdafiə edən Ku Kluks Klan təşkilatı və ölkədəkki iğtişaşlardan məsul sayılan Antifanı terror təşkilatı kimi tanıyacağını bəyan edib.

Avropa.info xəbər verir ki, yeni plana görə qaradərili əhalinin ehtiyacı olduğu sərmayə 500 milyard dollaradək artırılacaq, onlar üçün 500 min iş yeri açılacaq və 3 milyon adam işlə təmin ediləcək. Qaradərililərə yönəlik linçlər də nifrət cinayəti kimi qiymətləndiriləcək.

Trampın bu planı bu gün Corciya ştatında qaradərili icma qarşısında çıxış edərkən rəsmi olaraq bəyan etməsi gözlənilir.


Oxunma sayı: 6799

Oxşar yazılar