Azərbaycanın Ermənistanın paytaxtını asanlıqla vurma gücü var - "The Daily Sabah" nəşri PKK terrorçularının Qarabağa gətirilməsi haqda

  • 00:23 - 26 Sentyabr

Türkiyənin ingilisdilli "The Daily Sabah" nəşri PKK-nın Dağlıq Qarabağa axınından yazıb.

Avropa.info xəbər verir ki, nəşr rəsmi İrəvanın dəvəti ilə Qarabağda toplaşan terrorçuların Azərbaycana qarşı savaşda Ermənistana dəstək vermələri ilə yanaşı, həm də Qarabağ üzərindən Türkiyəyə qarşı yeni cəbhə açma planları olduğunu bildirib.

Nəşr yazır ki, Naxçıvanla İrəvan arasıdakı məsafə cəmi 80 km.dir.

"Bu, son dərəcə önəmli bir məqamdır. Belə ki, Rusiyadan aldığı “İskəndər” raket kompleksləri ilə Ermənistanın Azərbaycanın paytaxtı Bakını vurması demək olar ki, mümkün deyil. Çünki məsafə çox uzaqdır.

Ancaq Azərbaycanda olan “LORA” operativ-taktiki raket kompleksləri ilə nəyinki Naxçıvandan, hətta cəbhə xəttindən belə İrəvanı asanlıqla vurmaq mümkündür.

Azərbaycanda olduğu kimi, Ermənistanda da əhalinin əsas hissəsi paytaxtda yaşayır. 3 milyon əhalinin 1 milyon 75 min nəfəri İrəvanın payına düşür. Bu amil də hərbi baxımdan Azərbaycana böyük üstünlüklər verir"- "The Daily Sabah" ın yazısında belə deyilir.

Avropa.info


Oxunma sayı: 12662

Oxşar yazılar