Dünya İqtisadi Forumu başqa yerdə keçiriləcək

  • 22:03 - 25 Sentyabr

2021-ci ildə Dünya İqtisadi Forumu koronavirus pandemiyası üzündən Davosda yox, başqa yerdə keçiriləcək.

Bu barədə forumun təsisçisi və prezidenti Klaus Şvabın yaydığı məktubda bildirilir.

Belə ki, təşkilatçılar tərəfindən hazırda müzakirə olunan alternativ variantlar arasında Nidvalden kantonundakı (əyalətindəki) Burgenştok istirahət qəsəbəsinin, yaxud Tiçino kantonundakı Luqano şəhərinin adı çəkilir.

Həmçinin forumun həmişəki kimi yanvar ayında yox, yayın əvvəlində keçiriləcəyi güman edilir.(report)


Oxunma sayı: 9505

Oxşar yazılar