Azərbaycanda bu nazirliyin 26 işçisi koronavirusa yoluxdu – 1 nəfər ölüb

  • 16:44 - 25 Sentyabr

Pandemiya dövründə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) 26 işçisi koronavirusa yoluxub.

Avropa.info bildirir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin İnsan resurslarının idarəedilməsi şöbəsinin müdiri Orxan Məhərrəmli "Ekspert saatı"nda deyib.

Onun sözlərinə görə, yoluxanların hamısı ev və xəstəxanalarda müalicəsini başa çatdırıb.

O.Məhərrəmli qeyd edib ki, 1 nəfər işçi koronavirusdan dünyasını dəyişib.


Oxunma sayı: 2850

Oxşar yazılar