Azərbaycanda bir gündə 13 şagird koronavirusa yoluxdu

  • 16:29 - 25 Sentyabr

Təhsil Nazirliyi ümumtəhsil müəssisələrində COVİD-19-la bağlı bu günə olan vəziyyəti açıqlayıb.

Nazirlikdən Avropa.info-ya verilən məlumata görə, bu gün hərarəti 37 dərəcədən yuxarı olan şagirdlərin sayı 86, işçi heyətinin sayı 3 olub. 

Bu gün virusa yoluxmuş şagirdlərin sayı 13, işçi heyətinin sayı 7 nəfər təşkil edib. 

Distan təhsilə keçirilmiş siniflərin sayı 2 olub.

Bu günə  qədər distant təhsilə keçən siniflərin sayı 11, məktəb sayı isə 1-dir.


Oxunma sayı: 12046

Oxşar yazılar