Azərbaycanda toylarla bağlı rəsmi açıqlama

  • 16:27 - 25 Sentyabr

Toylar şadlıq saraylarında təşkil olunduğuna görə ictimai iaşə obyektinin bir növüdür. Ona görə də Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin nəzarət sahələrindən biridir. 

Avropa.info-nun məlumatına görə, bunu Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) “Facebook” səhifəsindəki "Təhlükəsiz Qida" adlı onlayn verilişində AQTA sədrinin müşaviri Elxan Mikayılov bildirib. Onun sözlərinə görə, əksər şadlıq saraylarının restoran fəaliyyəti də var, yəni vətəndaşlara təkcə toylar üçün deyil, restoran kimi də xidmət göstərir: "Bu səbəbdən pandemiya dövründə şadlıq sarayları ilə də ünsiyyət qurmuşuq. Kafesi, restoranı olan şadlıq sarayları artıq nəzarətin mahiyyəti və nəzarət olunan məsələlərlə yaxından tanışdılar. Bu isə imkan verəcək ki, toylara icazə verildiyi halda şadlıq saraylarında həmin tələblər daha rahat yerinə yetirilsin. Bununla bağlı metodiki təlimatlarımız da var, eyni zamanda dövrü olaraq şadlıq sarayları ilə də görüşlər təşkil olunur. Amma toylara icazə verildiyi halda təbii ki, bütün şadlıq sarayları ilə əvvəlcədən metodiki təlimatlar üzrə və Nazirlər Kabinetinin müvafiq qərarları üzrə maarifləndirmə tədbirləri həyata keçirəcəyik. Çünki bilirsiz ki, toylara icazə verilsə bu, ən yüksək riski olan sahələrdən biri olaraq. Çünki eyni anda çoxlu sayda adam eyni məkana yığışacaq. Bu mənada yəqin ki, bununla bağlı tənzimləyici normalar müəyyənləşdiriləcək ki, pandemiya dövründə şadlıq saraylarının fəaliyyət necə təşkil olunmalıdır. Müvafiq nəzarət tədbirləri də həyata keçiriləcək”. 


Oxunma sayı: 1684

Oxşar yazılar