Koronavirus statistikası: Yoluxanların sayı azaldı, 137 nəfər sağaldı – 2 nəfər vəfat edib

  • 16:16 - 25 Sentyabr

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 101 yeni yoluxma faktı qeydə alınıb, 137 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Avropa.info-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 39787 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 37392 nəfər müalicə olunaraq sağalıb, 583 nəfər vəfat edib, aktiv xəstə sayı 1812 nəfərdir.


Oxunma sayı: 3510

Oxşar yazılar