Bakıda evdən və avtomobildən 7000 manat pul oğurlandı

  • 13:40 - 25 Sentyabr

Bakıda evdə oğurluq hadisəsi baş verib.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Avropa.info-ya məlumat verilib.

Bildirilib ki, Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Xəzər rayonu ərazisində üç evdən noutbuk, mobil telefon, velosiped, 3 min manat pul, televizor, kondisioner, həmçinin “Audi” markalı bir avtomobildən 3 700 manat pul oğurlamaqda şübhəli bilinən Şərur rayon sakinləri, əvvəllər məhkum olunmuş V.Seyidov və M.Abdullayev müəyyən edilərək saxlanılıb.


Oxunma sayı: 12662

Oxşar yazılar