Erməni heyəti Qarsa dəvət edən HDP-li bələdiyyə sədri Ayxan Bilgən həbs olundu - Türk polisindən antiterror əməliyyatı

  • 13:38 - 25 Sentyabr

Türkiyədə PKK-nın siyasi qolu HDP -nin Qars Bələdiyyə sədri  Ayxan Bilgən həbs olunub. 

Avropa.info xəbər verir ki, Bilgən Ankara Prokurorluğunun açdığı "terrora dəstək", " terrora çağırış" cinayət işləri çərçivəsində saxlanılıb.

Polisin Terrorla Mücadilə Şöbəsi tərəfindən səhər saatlarında evində həbs olunan Ayxan Bilgənin evində axtarış aparılıb. 

Qeyd edək ki, Ayxan Bilgən 2014-cü ildə Kobani hadisələri zamanı PKK-lı terrorçuları iğtişaşa çağırmışdı. Bununla yanaşı, Ayxan Bilgən 2019-cu ildə Ermənistandan olan bir heyəti Qarsa dəvət etmiş və onlarla Qars bələdiyyəsində görüşmüşdü. 

Qarsa gələn erməni heyətinin içində Ermənistan idman, mədəniyyət və turizm idarəsinin rəhbəri İştan Zakaryan, İrəvan Dövlət Unversitetinin tarix fakultisinin dekanı Erik Minasyan və tarix fakultəsinin müəllimi Erik Soğomonyan yer almışdı. 

HDP-li bələdiyyə sədrinin bu addımı Türkiyədə ciddi etirazlara səbəb olmuşdu. AK Partiya və MHP-li millət vəkilləri bəyanat yayaraq ermənilərin dəvət edilməsini pisləmişdilər. Tvitter üzərindən haştaq açan Qars sakinləri isə qardaş Azərbaycanın torpaqlarını işğal edən Ermənistan nümayəndələrinin bələdiyyə sədri tərəfindən dəvət edilməsini pisləmişdilər.  

Avropa.info


Oxunma sayı: 20527

Oxşar yazılar