"İlham Əliyev Ermənistanı dünyanın gözü önündə rəzil-rüsvay etdi" – Türkiyə mediası Prezidentin BMT-dəki çıxışından yazdı

  • 12:47 - 25 Sentyabr

Azərbaycan Prezidenti İlham Əliyevin Baş Assambleyanın 75-ci sessiyasının ümumi debatlarında videoformatda çıxış edib.

Avropa.info xəbər verir ki, Azərbaycan Prezidentinin çıxışını Türkiyə mediası da xüsusi xəbər kimi yayıb.

Türkiyə mətbuatını İlham Əliyevin çıxışındakı bu detala diqqət çəkib:

"Biz Ermənistana artmaqda olan silah təchizatından ciddi narahatıq. Xüsusilə də Azərbaycanın Tovuz rayonu istiqamətində Ermənistan tərəfindən törədilmiş hərbi təxribatdan sonra. Dövlət sərhədindəki toqquşmaların qaynar fazası iyulun 16-da sona çatmışdır. Növbəti gün - iyulun 17-dən etibarən sentyabr ayına qədər biz hərbi yük təyyarələri ilə Ermənistana min tondan artıq hərbi avadanlığın daşınmasının şahidi olduq. Ermənistanın dünyanın ən yoxsul ölkələrindən biri olduğunu və silahlara milyardlarla dollar xərcləmək imkanına malik olmadığını nəzərə alsaq, silahların ona pulsuz verildiyi qənaətinə gələ bilərik".

Azərbaycan Prezidenti Türkiyə təmsilçisi Volkan Bozkırın BMT Baş Assambleyasının 75-ci sessiyasının sədri seçilməsi münasibətilə təbrik edib:

"Mən BMT Baş Assambleyasının 75-ci sessiyasının sədri cənab Volkan Bozkırı bu vəzifəyə seçilməsi münasibətilə təbrik edirəm. Qardaş Türkiyənin nümayəndəsinin belə mötəbər vəzifəyə seçilməsi bizi məmnun etdi. Sizi əmin etmək istəyirəm ki, bu məsuliyyətli və şərəfli işinizdə Azərbaycan sizi dəstəkləməkdən ötrü səylərini əsirgəməyəcək".


Oxunma sayı: 10264

Oxşar yazılar