Kovid-19 mutasiya edərək daha da yoluxucu olub – Elmi araşdırma

  • 12:30 - 25 Sentyabr

Dünyada Kovid-19-a yoluxma halları artdıqca, elm adamları virusun mutasiyaya davam etdiyini və daha yoluxucu olduğunu açıqlayıblar.

Avropa.info xəbər verir ki, “The Guardian” qəzetinin yazdığına görə, virusun 5 min genetik ardıcıllığını araşdırılıb.

Tədqiqat nəticəsində virusun yayıldığı zaman mutasiya etdiyi, ancaq bunun virusu daha ölümcül etmədiyi və təsirlərini dəyişdirmədiyi qeyd olunur.

Tapıntılar virusun mutasiya ilə daha yoluxucu ola biləcəyini göstərdi.

ABŞ Milli Allergiya və Yoluxucu Xəstəliklər İnstitutunun virusoloqu Devid Morens mutasiyanın səbəbinin sosial məsafə kimi xalq sağlamlığı tədbirləri ola biləcəyini deyib:

"Bütün bu tədbirlər yoluxma üçün maneə yaradır və virus bu maneələri aşmaq üçün daha yoluxucu olur".

Morens vaksin tapıldıqdan sonra da virusun mutasiyaya davam edə biləcəyini deyib.

Con Hopkins Universitetinin məlumatlarına görə, ABŞ-ın 20 ştatında son iki həftə ərzində Kovid-19 hallarında 5% artım olub.

ABŞ dünyada ən çox xəstəlik və ölüm hadisəsi olan ölkə kimi mövqeyini qoruyur.


Oxunma sayı: 5259

Oxşar yazılar