Kim Çen Indan dünyanı təəccübləndirən addım

  • 12:11 - 25 Sentyabr

Şimali Koreya lideri Kim Çen In ölkə sularına girən Cənub Koreya rəsmisinin öldürülməsi səbəbi ilə bu ölkədən üzr istəyib.

Avropa.info xəbər verir ki, Cənubi Koreyanın prezident ofisindən yayılan açıqlamaya görə, göndərilən üzrxahlıq məktubunda gözlənilməz faciəvi hadisə və xəsarət alan Koreya vətəndaşları ilə bağlı Kim Çen Inın təəssüf hissi keçirdiyi bildirilir.

Kim Çen Inın mesajında Şimali Koreya əsgərlərinin Koreya yarımadasının dəniz sərhədindəki Yenpxyendo adası yaxınlığında su akvatoriyasına daxil olan Cənubi Koreya Okeanlar və Balıqçılıq Nazirliyinin əməkdaşına qaydalar çərçivəsində 10 mərmi atdığı, şəxsin ölü ələ keçirilməsindən sonra qayığının yandırıldığı bildirilir.

Şimali Koreya lideri insidentlə bağlı açılan istintaq işinin məlumatlarını Cənubi Koreya ilə paylaşacağını bildirib.

Qeyd edək ki, Cənubi Koreya MN iki ölkənin dəniz sərhədində 500 tonluq gəmi ilə patrul xidməti apararkən qayıqla dənizə açıqlan əməkdaşının Şimali Koreya hərbçiləri tərəfindən öldürüldüyünü açılqmışdı. 


Oxunma sayı: 5215

Oxşar yazılar