Avropa İttifaqının xüsusi nümayəndəsi Azərbaycanda

  • 11:35 - 25 Sentyabr

Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar Azərbaycana gəlib.

APA-nın xəbərinə görə, bu barədə T. Klaar “Twitter”də bildirib.

“İki gün davam edəcək görüşlər üçün Bakıdayam. Aİ-nin Cənubi Qafqazda sülh və sabitlikdə böyük marağı var. Gərginliyin azaldılması və ATƏT-in Minsk Qrupu həmsədrlərinin rəhbərliyi ilə ilkin şərt olmadan əsaslı danışıqlar prosesinə qayıtmaq vacibdir”, - deyə T. Klaar qeyd edib.


Oxunma sayı: 1706

Oxşar yazılar