Avropada “ikinci dalğa” gəlir - Fransızları yenidən evə qapada bilərlər

  • 11:29 - 25 Sentyabr

Fransa baş naziri Jan Kasteks Kovid-19 epidemiyasının daha da pisləşməsi halında yenidən küçəyə çıxma qadağasının tətbiq oluna biləcəyini deyib.

Avropa.info xəbər verir ki, Kastek mart ayında olduğu kimi xəstəxanalarda yer çatışmazlığı olacağı təqdirdə küçəyə çıxma qadağasının qoyula biləcəyini deyib. O, mart ayında baş verənlərin təkrarlanmaması üçün tədbirlər görüldüyünü, lakin xəstəxanaları tibb personalı ilə təmin etməkdə çətinlik yaşadıqlarını bildirib.

Baş naziri ölkə miqyasında, xüsusilə böyük şəhərlərdə epidemiya vəziyyətinin narahatedici olduğunu deyib. O, ən böyük parametrin reanimasiyada olanların sayının və bu rəqəmin artması olduğunu bildirib.

Kafelərdə Kovid-19 yoluxma riskinin mağazalarla müqayisədə üç dəfə artıq olduğunu deyən Kasteks epidemiya üzündən qapalı üzmə hovuzlarının da bağlanacağını deyib.


Oxunma sayı: 6799

Oxşar yazılar