“Facebook” Kremlin təbliğat şəbəkəsini blokladı

  • 10:54 - 25 Sentyabr

“Facebook” şirkəti “xarici və hökumət siyasətinə müdaxilə” pozuntusunu əsas gətirərək, Rusiyaya məxsus üç şəbəkənin hesablarını bloklayıb.

Avropa.info xəbər verir ki, bu barədə şirkətin saytında yayılan açıqlamada deyilir:

“Xarici və ya dövlət müdaxiləsi ilə bağlı qaydalarımızı pozduğu üçün üç ayrı şəbəkəni xaric etdik. Hesabların xarici və ya dövlət təşkilatı adından saxta davranış koordinasiyası müəyyən edilib. Bu şəbəkələr Rusiyadan idarə olunurdu".

Ümumilikdə 214 hesab, 35 səhifə, 18 qrup, 34 “İnstagram” hesabı silinib. 


Oxunma sayı: 870

Oxşar yazılar