Türkiyə bayrağını endirmək istəyən şəxsi polis xalqın əlindən güclə aldı - Barikada quruldu, havaya atəş açıldı... (FOTOLAR)

  • 01:07 - 25 Sentyabr

 Şanlıurfa vilayətinin Birecik qəsəbəsində adı açıqlanmayan bir şəxs şəhidlərin xatirəsinə inşa edilmiş parkda Türkiyə bayrağını endirməyə çalışarkən vətəndaşlar tərəfindən döyülüb.  

Avropa.info Türkiyə mediasına istinadən xəbər verir ki, Şanlıurfanın Birecik qəsəbəsində adı açıqlanmayan bir şəxs parkda olan ən böyük  bayrağı endirməyə çalışıb.  

Hadisəni fərq edən vətəndaşlar polisə məlumat verib. Hadisə yerindən qaçmağa çalışan şəxs polis tərəfindən yaxalanıb. 

 

 

Olay yerinə toplanan xeyli sayda vətəndaş bayrağı endirməyə çalışan şəxsi linc etmək istəyib. Qəzəbli kütlənin qarşısını almaq üçün polis barikada qurub. Barikdanı aşan bəzi vətəndaşlar bayrağı endirmək istəyən şəxsi döymək istəyiblər. 

Polis qrupları izdihamı dayandırmaq üçün havaya atəş açıb. Zirehli maşına mindirilən şəxs polis bölməsinə aparılıb.

Hadisəylə bağlı araşdırma başlanıb.

Avropa.info


Oxunma sayı: 28249

Oxşar yazılar