BMT-də ABŞ-la Çin arasında koronavirus davası : "Hamınıza ayıb olsun..."

  • 00:29 - 25 Sentyabr

ABŞ hökumətinin koronavirusa görə Çini ittiham etməsi iki ölkənin BMT-dəki səfirləri arasında qalmaqala səbəb olub. 

Avropa.info xəbər verir ki, BMT-nin Təhlükəsizlik Şurasında koronavirus müzakirələri zamanı ABŞ ilə Çin arasında qarşıdurma yaşanıb. 

ABŞ-ın BMT-dəki nümayəndəsi Kelly Craft, Rusiya və Çin Xarici İşlər nazirlərinin ölkəsinə yönəlik tənqidlərinin ardından çıxış edib. Kelly Craft, Rusiya və Çinin tənqidlərinə cavab verərək, "hamınıza eyib olsun, bu günki çıxışlarınızdan diksindim" deyib. 

ABŞ nümayəndəsi koronavirusa görə Çinin suçlu olduğunu deyərək, ölkəsinin bu yöndə real addımlar atacağını bildirib. 

Çinin BMT-dəki nümayəndəsi Canq Cun isə ABŞ-ı siyasi virus yaymaqda və bölücülükdə ittiham edib.


Oxunma sayı: 8427

Oxşar yazılar