Türk Hava Yolları Ankara-Bakı-Ankara istiqamətində xüsusi reslərə başlayır

  • 20:20 - 24 Sentyabr

Türk Hava Yolları (Turkish Airlines) oktyabrın 2-dən Ankara-Bakı-Ankara xüsusi uçuşlarına başlayacaq.

Bu barədə “Turkish Airlines”dən bildirilib.

Məlumata görə, uçuşlar çərşənbə və cümə günü olmaqla həftədə 2 dəfə nəzərdə tutulub və “AnadoluJet” markası ilə həyata keçiriləcək. Ankara-Bakı reysi saat 14:40-18:05-də, Bakı-Ankara reysi isə saat 19:00-20:35-də təşkil olunacaq.

Qeyd edək ki, Bakı – Ankara – Bakı reysinə bilet əldə etmək, www.anadolujet.com web səhifəsini ziyarət etmək vəya səlahiyyətli agentliklərə müraciət etməklə mümkündür.

Xatırladaq ki, “Turkish Airlines”ın İstanbula icra etdiyi xüsusi uçuşlar davam edəcək, oktyabrda bu uçuşların sayı həftəlik 14 uçuş olacaq. İstanbul-Naxçıvan-İstanbul uçuşları da eyni qaydada həftənin cümə günləri icra ediləcək.(report)


Oxunma sayı: 5281

Oxşar yazılar