Dünyanın ən varlı futbolçusu olan Faiq transfer oldu – Sərvəti 28 milyard dollardır (FOTOLAR)

  • 17:55 - 24 Sentyabr

Sizcə dünyanın ən varlı futbolçusu Kriştiano Ronaldo ya Lionel Messidir? Yanılırsız. Dünyanın ən varlı futbolçusu Faiq Bolkiahdır.

Avropa.info xəbər verir ki, Faiq Bolkiahın cəmi 22 yaşı var və 28 milyard dollar sərvətə sahibdir.

Gənc futbolçu sərvətini futbola yox, atasına borcludur. Çünki Bruney Kralı Cefri Bolkiahın oğludur. Bruney şahzadəsi Hassanal Bolkiah qardaşı oğludur.

Los-Ancelesdə anadan olan Faiq Bolkiah gənc yaşda İngiltərəyə gəldi və “Sauthempton”un gənclər komandasında futbola başladı. Sonra “Çelsi”nin gənclərinin formasını geydi.

Gənc futbolçu daha sonra futbol karyerasına “Lester Siti” U23 komandası ilə davam etdi. Faiq Bolkiah Lesterdə heç bir peşəkar oyun keçirməməsinə baxmayaraq yeni transfer müqaviləsi imzaladı.

Zəngin futbolçu Portuqaliya Liqası komandalarından biri olan “Maritimo” ilə müqavilə imzaladı.

Cinah mövqelərdə oynaya Faiq transferdən sonra "Bura futbol karyeramı davam etdirmək üçün ən yaxşı yerdir" dedi.

Dəbdəbəli bir həyat yaşayan gənc futbolçunun atasının ayda avtomobillərə 35 milyon dollar xərclədiyi qeyd olunur. Cefri Bolkiahın 2500-dən çox avtomobilinin olduğu təxmin edilir.

“Vanity Fair”ə görə Faiq Bolkiahın atası, Maykl Ceksonu 50 yaşında ad günündə Bruneyə xüsusi olaraq gətirdi və bu konsert üçün Ceksona 17 milyon dollar verdi.

Uitni Hyustonu da ölkəyə gətirən zəngin ailə Hyustona xüsusi konserti üçün 7 milyon dollar ödədi.

“Maritimo”ya keçən Faiq Bolkiah 28 milyard dollarlıq sərvəti ilə bir çox klub ala bilər, ancaq futbol oynamağa davam etmək istəyir.

Faiq Bolkiah “Kiçik yaşlarımdan futbol oynayıram. Bir topu ayaqlarımda saxlamağımdan çox məmnunam. Ailəm də mənə çox kömək edir. Futbolçu olmağım üçün çox kömək etdilər'' deyib.

Hələ oyuna çıxmamış Faiq Bolkiahın futbol karyerasında necə irəliləyəcəyi maraq mövzusudur. Portuqaliya Liqasında “Maritimo” ilk matçında məğlub olmuşdu, ikinci həftə isə son çempion Portu ilə qarşılaşacaq. Faiq Bolkiahın bu matçda oynayıb-oynamayacağı maraqla gözlənilir ...


Oxunma sayı: 13575

Oxşar yazılar