Zelenskinin Belarusa səfəri ləğv olundu – Münasibətlərə “pauza” verildi

  • 17:37 - 24 Sentyabr

Ukrayna tərəfi prezidenti Vladimir Zelenskinin Belarusa səfərini ləğv edib.

Avropa.info xəbər verir ki, bu barədə Belarusun Kiyevdəki səfiri İqor Sokol danışıb.

Diplomat oktyabrda Qrodnoda keçirilməli olan Belarus və Ukrayna regionlarının forumunun 2021-ci ilə keçirildiyini bildirib. Forum Kiyev və Minsk münasibətlərinə mərkəzi rol oynamalıdır. Səfirin fikrinə görə, tədbirin ləğvi ilk növbədə iki ölkənin iqtisadiyyatına, regionalararası münasibətlərə təsir edəcək.

“Dağıtmaq asandır, nəyisə yaratmaq çətin. Əgər Ukrayna hökumətdə münasibətlərdə “pauza”ya gedibsə, deməli vilayətlər, şəhərlər, kənd sovetləri və bizneslə əlaqə yaratmağa davam edəcəyik. Biz buna hazırıq” – diplomat deyib.


Oxunma sayı: 3785

Oxşar yazılar