Daha bir ölkə “ikinci dalğa”nın başladığını bəyan etdi

  • 16:34 - 24 Sentyabr

Kanada baş naziri Castin Trüdo ölkənin dörd ən böyük əyalətində koronovirus epidemiyasının ikinci dalğasının artıq davam etdiyini deyib.

Avropa.info xəbər verir ki, onun sözlərinə görə, ölkə yeni infeksiya ocağının astanasındadır. 

“Rəqəmlər aydındır. 13 martda karantin elan etdiyimiz zaman 47 yeni CoViD-19 yoluxma halı vardı. Yalnız dünən mindən çox adamda qeydə alınıb” – Trüdo deyib.

Siyasətçi payızda epidemiya ilə bağlı vəziyyətin baharda olduğundan daha pis ola biləcəyini bildirib. O vəziyyəti dəyişdirməyin hələ də mümkün olduğunu vurğulayıb. Bunun üçün vətəndaşlar ehtiyat tədbirlərinə riayət etməlidirlər. 

"Birlikdə bu ikinci dalğanı nəzarət altına ala bilərik. Qoruyucu maskalar taxın, sosial məsafəni unutma, qripə qarşı peyvənd olun” – o, deyib.


Oxunma sayı: 1651

Oxşar yazılar