Bu gün 19 şagird koronavirusa yoluxdu

  • 15:29 - 24 Sentyabr

Ümumi təhsil müəssisələrində COVID-19 virusuna yoluxma halları ilə bağlı bu günə olan məlumatlar açıqlanıb.

Təhsil Nazirliyindən Avropa.info-ya bildirilib ki, sentyabrın 23-də 94 şagirdin,2 nəfər işçi heyətin bədən hərarəti 37 dərəcədən yuxarı olub.

19 şagird, 3 nəfər işçi heyət isə koronavirusa yoluxub. İnfeksiyaya yoluxma hallarına görə distant təhsilə keçirilən siniflərin sayı bu gün 3 olub. Ümumilikdə distant təhsilə keçirilən siniflərin sayı 9-a çatıb.


Oxunma sayı: 2366

Oxşar yazılar